Gürcüstanın ədliyyə naziri: "Saakaşvilinin azad edilməsi mümkünsüzdür"


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək indiki halda mümkünsüzdür.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin birinci kanalına müsahibəsində bildirib.

Breqadze deyib ki, buna alternativ yol hələ ki yoxdur.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Ukrayna və avropalı siyasətçilər dəfələrlə Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırıblar.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri