Çempionlar Liqası: “Qarabağ” darmadağınla növbəti mərhələyə vəsiqə qazanıb


“Qarabağ” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsini keçib.

Live.az-ın məlumatına görə, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qollatıı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir, 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə, 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica tvə 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin vurublar. Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri