İraq İsveçin “Ericsson” şirkətinin lisenziyasını ləğv edib
- 20.07.2023, 21:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İraq İsveçin “Ericsson” telekommunikasiya şirkətinin lisenziyasını ləğv edib.
“Report” INA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Kommunikasiya və İnformasiya Təşkilatı bildirib.
Məlumata görə, İsveçin paytaxtı Stokholmda Quran-Kərimə hörmətsizliyə etiraz olaraq İraq hökuməti “Ericsson”un lisenziyasını geri çağırıb.
Xatırladaq ki, İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun ölkə ərazisinin tərk etməsinə dair qərar qəbul edib.