Klaus Yurgens: "Şuşada kilsənin yenidən bərpası Azərbaycanın sülh tərəfdarı olduğunun göstəricisidir"


"Şuşada kilsənin yenidən bərpası Azərbaycanın sülh tərəfdarı olduğunun göstəricisidir".

LIVE.az xəbər verir ki, bunu "Report"a  "Economyfirst Limited London" şirkətinin direktoru Klaus Yurgens deyib.

"Şuşada biz kilsənin restavrasiyanı gördük. Bu, Azərbaycanın sülh tərəfdarı olduğunun göstəricisidir. Bununla Azərbaycan digər ölkələrə də sübut edir ki, bir şeyi məhv etmək asandır, amma qurub yaratmaq, yenidən bərpa etmək səy tələb edir. Bu, Azərbaycanın həm də xüsusi ismarışıdır, məsələyə qurub yaratmaq prinsipi ilə yanaşmasının bariz nümunəsidir. Etiraf edim ki, bu, məni təsirləndirdi və bu mənzərəni görmək çox xoş oldu. Düşünürəm ki, qarşı tərəf də bu cavabı verməlidir və sülh tərəfdarı olmalıdır".

Şirkət direktoru qeyd edib ki, qarşı tərəfdən ədalətli olmayan və qeyri-qanuni olan tələblər irəli sürülməməlidir: "Düşünürəm ki, qarşılıqlı hörmət və münasibət yaranarsa, iki ölkə arasında qonşuluq münasibətləri daha da yaxşı inkişaf edər. Cəmiyyətdə sülhün əldə olunması üçün qonşular birgə yaşamağı öyrənməlidir. Sülh qarşılıqlı hörmətə əsaslanmalıdır".
Şərhlər
Sosial bölməsinin xəbərləri