Blinken: Rusiyanın Ukraynanı xəritədən silmək məqsədi çoxdan uğursuzluğa düçar olub
- 24.07.2023, 02:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya hərbi müdaxilənin başlanğıcında qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.
“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuzluğa düçar olub”, - diplomat vurğulayıb.
Blinken deyib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları uğrunda vuruşurlar”.
Report