Azərbaycanda su itkisinin həcmi açıqlanıb
- 25.07.2023, 12:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su mənbələrindən 4,9 milyard kubmetr su götürülüb, bundan əkin sahələrinə 3,6 milyard kubmetr suyun verilməsi təmin edilib.
LIVE.az-ın məlumatına görə, bu barədə Report-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib. Beləliklə, götürülən suyun 1,3 milyard kubmetri və ya 26,5 %-i itkiyə gedib.
"Su itkisinə qarşı görülən tədbirlər çərçivəsində hesabat dövründə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 17,58 milyon kubmetr həcmində lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda çay məcralarında 4,173 milyon kubmetr həcmində məcratəmizləmə və tənzimləmə, o cümlədən bəndlərin yüksəldilməsi və möhkəmləndirilməsi üzrə 2,924 min kubmetr həcmində torpaq işləri görülüb, sahilbərkitmə tədbirləri üzrə 1 883 pm uzunluğunda mühafizə bəndləri tikilib.
6 ay ərzində həyata keçirilən meliorativ tədbirlər nəticəsində 1,3 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə əlavə edilib, 800 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb", - ASC-dən bildirilib.