ÇL-də 3-cü təsnifat mərhələsinin püşkü atıldı


Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Live.az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Qarabağlılar II raundda Polşanın "Rakuv" komandasını keçəcəyi təqdirdə  "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibiüz-üzə gələcək.


 Türkiyənin "Qalatasaray" klubu bu mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək.

ÇL-də 3-cü təsnifat mərhələsinin cütlükləri

Çempionlar Yolu

“Rakov” (Polşa) / “Qarabağ” (Azərbaycan) cütünün qalibi - “Aris” (Kipr) / BATE (Belarus) cütünün qalibi

“Zrinski” (Bosniya və Herseqovina) / “Slovan” (Slovakiya) cütünün qalibi - “Şerif” (Moldova) / “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi

AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan) / “Olimpiya” (Sloveniya) cütünün qalibi - “Jalgiris” (Litva) / “Qalatasaray” (Türkiyə) cütünün qalibi

“Breydablik” (İslandiya) / “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Sparta” (Praqa, Çexiya)

“Klaksvik” (Farer adaları) / “Haken” (İsveç) cütünün qalibi - HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün qalibi

Liqa yolu

“Braqa” (Portuqaliya) - TSÇ (Serbiya)

“Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə) / “Genk” (Belçika) cütünün qalibi

“Dnepr-1” (Ukrayna) / “Panatinaikos” (Yunanıstan) cütünün qalibi - “Marsel” (Fransa)

PSV (Niderland) - “Ştrum” (Avstriya)
Şərhlər
İdman bölməsinin xəbərləri