Çempionlar Liqası: "Qarabağ" Polşada "Rakuv" klubuna uduzub


"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

 Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb vë Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə "Rakuv" ikinci topu Fabian Pyasetski vurub. "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) cütünün galibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
Şərhlər
İdman bölməsinin xəbərləri