ECB faiz dərəcəsini 25 baza bəndi səviyyəsində artırıb
Facebook
Вконтакте
Одноклассники
Google+
ECB faiz dərəcəsini 25 baza bəndi səviyyəsində artırıb
Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsini 25 baza bəndi artıraraq 4,25 %-ə çatdırıb.
Depozitlər üzrə faiz dərəcəsi 3,75 %-ə, marja kredit xətti üzrə faiz dərəcəsi 4,5 %-ə qədər qaldırılıb.
"İdarəedicilər Şurası inflyasiyanın ortamüddətli hədəf olan 2 %-ə qaytarılmasını təmin etməkdə qərarlıdır", - bankın hesabatında deyilir.
///
FED əsas faiz dərəcəsini kəskin artırıb
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.
Bu barədə FED məlumat yayıb.
“Komitə (Açıq Bazar Komitəsi, FOMC – red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, - məlumatda deyilib.
Eyni zamanda tənzimləyici qeyd edib ki, bu, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir:
“İnflyasiyanın 2 %-ə qaytarılması üçün məqsədəuyğun ola biləcək pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin miqyasını müəyyən edərkən komitə pul siyasətinin ümumi sərtləşdirilməsini, onun iqtisadi aktivliyə və inflyasiyaya təsir etdiyi gecikmələri, iqtisadi və maliyyə şərtlərini diqqətə alacaq”.