ADY: "Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödənişlər aktivdir"
- 28.07.2023, 13:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları aktivdir.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.