Naxçıvan şəhərində tarix-turizm kompleksi yaradılacaq

Naxçıvan şəhərində tarix-turizm kompleksi yaradılacaq.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, əməkdar memar Səbinə Hacıyeva deyib.

O bildirib ki, abidələrin yenidən bərpası çərçivəsində Naxçıvan şəhərində tarix-turizm kompleksinin yaradılması, Ordubadda isə tarix-mədəniyyət qoruğunun inkişafı ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, S.Hacıyeva və xidmətin sektor müdiri Mahir Qəhrəmanov Naxçıvanda səfərdədir. Onlar Naxçıvan və Ordubad şəhərlərində tarixi abidələrə baxış keçiriblər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri