XİN-in sözçüsü: “Laçındakı keçid məntəqəsinin legitimliyini heç kəs sorğulaya bilməz”
- 30.07.2023, 00:53,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü Laçın keçid məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyini heç kim sorğulaya bilməz. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu iddiasını rədd edib”.
Live.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ermənistanlı həmkarı Ani Badalyanın paylaşımına cavab olaraq yazıb.
Həmçinin Ermənistan XİN-in Vaqif Xaçaturyanın saxlanmasına münasibətini dezinformasiyadan ibarət olduğuna diqqət çəkən A. Hacızadə onun beynəlxalq axtarışda olduğunu xatırladıb:
“Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır”.
Eyni zamanda XİN sözçüsü Ermənistanın BQXK-nin fəaliyyətindən sui-istifadə etdiyini vurğulayıb:
“Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar”.