Moskva restoranlarından birində keçirilən əməliyyatda 50-dən çox qafqazlı və əcnəbi saxlanılıb

Moskvanın Altay küçəsində yerləşən restoranda keçirilmiş xüsusi əməliyyat zamanı 54 nəfər həbs olunub.


APA-nın məlumatına görə, həbs olunanlar Şimali Qafqaz respublikaları, Azərbaycan, Tacikistan, Gürcüstan, Türkiyə, İran və Ermənistan vətəndaşlarıdır. Əməliyyat avqustun 23-də keçirilib, restorandan və binanın qarşısında park edilmiş maşınlardan iki “Sayqa“ ov karabini və travmatik tapança aşkarlanıb. Saxlanan şəxslərin barmaq izləri götürülüb.


Hazırda polis silahların qanuni yolla əldə edilib-edilmədiyini, həmçinin saxlanan şəxslərin cinayətlərdə iştirak ehtimalını araşdırır. Xüsusi əməliyyatın səbəbləri barədə məlumat verilmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri