XİN: “Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir”
- 03.08.2023, 15:54,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.
Report