Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

 Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub.

 İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb.

 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb.

10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.
Şərhlər
İdman bölməsinin xəbərləri