Lənkəran şəhər stadionuna 12-14 min manat dəyərində ziyan dəyib
- 26.08.2013, 16:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dünən “Xəzər-Lənkəran” və “Neftçi” komandaları arasında oyunda baş verən insident klub və stadion rəhbərliyi olaraq bizim istəmədiyimiz bir olaydır. Ötən gün Lənkəranda baş verən hadisələrin təməli son Azərbaycan kubokunda qoyulmuşdu”. Bu açıqlamanı APA-nın Cənub bürosuna Lənkəran mərkəzi şəhər stadionunun direktoru Höccət Hacıyev verib.
Onun sözlərinə görə, ötən gün Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Xəzər-Lənkəran” və “Neftçi” komandalarının oyununda azarkeşlər arasında baş vermiş insident zamanı ictimai asayişi qorumağa cəlb edilmiş Daxili İşlər Orqanının əməkdaşlarından 6 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İnsident nəticəsində həmçinin “Xəzər-Lənkəran” klubunun stadionunda müxtəlif avadanlıqlar korlanıb, xeyli sayda oturacaq sındırılıb. Höccət Hacıyevin sözlərinə görə, ümumilikdə stadiona 12-14 min manat dəyərində maddi ziyan dəyib. İcraçı direktor bildirib ki, “Neftçı” Lənkərana səfərdən öncə stadion rəhbərliyinə göndərdiyi məktubda komanda ilə birlikdə azarkeşlərin gəlməyəcəyini bildirib, amma nəticə əksinə olub.
Qeyd edək ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-ə gətirilib. Onlardan 4-nün sərxoş olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.