Şəmkirdə xalauşaqları arasında qan düşüb

Şəmkirdə xalaoğlanları arasında dava düşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 36 yaşlı Hüseyn Həsənov şəxsi münasibətlər zəminində bıçaqla xalası oğlu, 30 yaşlı Amil Mədətovun boyun nayihəsinə ağır xəsarətlər yetirib.

Sonuncu aldığı xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün təhlükə olsa da, görülmüş tədbirlər nəticəsində onun vəziyyəti stabilləşib.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən Hüseyn Həsənov şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri