Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 372,2 milyon manatlıq və yaxud 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsinə  xəbər verilib.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4 % artıb.

ÜDM istehsalının 42,8 %-i sənaye, 9,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5,9 % azalaraq 6 939 manata düşüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri