Azərbaycanda geniş pul kütləsi təqribən 8 % artıb


Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 41 milyard 239,9 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir ki, bu, aylıq müqayisədə 0,3 % az, ilin əvvəlinə nisbətən 3,7 % az, il ərzində isə 7,7 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin iyunun sonuna 31 milyard 404 milyon manat təşkil edib. Bu, 2023-cü ilin mayın sonuna olan analoji göstəricidən 3,4 %, ilin əvvəlinə nisbətən 6,2 %, illik müqayisədə isə 20 % çoxdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri