Süni mayalanma, surroqat ana və digər məsələlər “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən çıxarılıb
- 26.08.2013, 16:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Uzun müddətdir, müzakirəsi ləngiyən “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınacaq.
Bunu APA-ya açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki, cəmiyyətdə ciddi müzakirələrə səbəb olan, xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni narahat edən bəzi ziddiyyətli məqamlar artıq layihədən çıxarılıb.
Onun sözlərinə görə, bu, süni mayalanma, surroqat ana və s. məsələlərdir: “Bu məsələlər hələ ki, qanundan çıxarıldı və biz bunlar olmadan qanunu müzakirə edəcəyik. Amma ola bilsin ki, süni mayalanma və surroqat ana məsələsi qanuna əlavələr kimi 5-10 ildən sonra müzakirəyə çıxarılsın. Bunu hər halda zaman göstərəcək”.