Azərbaycanda 17 yaşlı qız 8-ci mərtəbədən düşərək ölüb

Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılaraq yaxınlıqdakı üçmərtəbəli binanın damına düşüb.



FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.



1996-cı il təvəllüdlü Sevinc Sadiq qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən damdan endirilərək aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri