Aİ rəsmisi etiraf edib: "Ukraynaya dəstək verməkdə çox ləng tərpəndik"


“Müharibə başlayandan sonra Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək verməkdə çox ləng və ehtiyatlı davranıb”.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel deyib.

O bildirib ki, Avropa Komissiyası 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya 70 milyard avro ayırıb:

“Bunun 15 milyard avrosu silah tədarükünə, 17 milyard avrosu isə Avropa ölkələrindəki qaçqınlara dəstək məqsədilə ayrılıb”.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri