UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib
- 26.08.2013, 19:24,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 30-da keçiriləcək UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib. Live.az-ın məlumatına görə, Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) ilə Avropa Liqasının kubokunu başı üzərinə qaldıran “Çelsi” (İngiltərə) arasındakı qarşılaşma isveçli Yonas Erikssona tapşırılıb.
2009-cü ildə ölkəsinin ən yaxşı referisi seçilən, karyerasında 75 avrokubok matçı olan ədalət təmsilçisi Çexiyanın paytaxtı Praqanın “Eden” stadionundakı görüşdə fit çalacaq. Bu görüş 2012-ci ildə Çempionlar Liqasının finalının təkrarı olacaq. Həmin vaxt 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Çelsi” qalib gəlmişdi – 4:3.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.