AZAL Cenevrəyə uçuşları bərpa edir



Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.

LIVE.az QSC-yə istinadən xəbər verir ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir.

Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri