Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb
- 25.08.2023, 10:38,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Luvr.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniyada “Olimpiya” ilə üz-üzə gəlib.
“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə meydanın mərkəzinə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri nəticə verməyib.
“Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün üstünlük əldə edib.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.