Dövlət Komissiyası: "Şuşa həbsxanasında saxlanılan 140-dan çox şəxsin sonrakı taleyi məlum deyil"
- 26.08.2023, 11:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Şuşa həbsxanasında saxlanılan 140-dan çox şəxsin sonrakı taleyi məlum deyil".
Live.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, 1992-ci ilin yanvarında keçirilmiş Daşaltı əməliyyatında 44 hərbi qulluqçumuz itkin düşüb: "Hələ ki onlardan yeddisinin şəxsiyyəti müəyyən olunub. Qalanlarının tapılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, Şuşa həbsxanası istiqamətində iki mərhələdə axtarışlar aparılıb və 31 nəfər aşkarlanıb. Onların hamısının hərbçi və ya aralarında mülki şəxslərin olması aidiyyəti ekspertizadan sonra müəyyənləşəcək. Şuşa həbsxanasında ümumilikdə 360 nəfər əsir və girov saxlanılıb. Onlardan 140-dan çox şəxsin sonrakı taleyi məlum deyil”.