Dünya Bankı: "Lirə və rublun dəyər itirməsi Azərbaycanda xarici inflyasiya təzyiqlərini cilovlamağa imkan yaradıb"
- 28.08.2023, 19:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-iyun aylarında lirənin və rublun dəyər itirməsi, Azərbaycandakı istehlak qiymətlərinə xarici inflyasiya təzyiqlərini cilovlamağa imkan yaradıb, çünki Türkiyə və Rusiya ölkənin əsas idxal tərəfdaşlarıdır.
Bu barədə Dünya Bankının aylıq iqtisadi bülleteninin avqust sayında deyilir.
Sənədə əsasən, bu ilin I yarısında Azərbaycanda illik inflyasiya daha da yavaşlayaraq 10,7 %-ə enib.
İyul ayında da deflyasiya 0,9 % səviyyəsində qeydə alınıb, bu isə mövsümi amillərin təsiri ilə ərzaq qiymətlərinin 2,1 % aşağı enməsi nəticəsində olub.
Son nəticədə ərzaq məhsullarında illik inflyasiya may ayı ilə müqayisədə iyunda 1 faiz bəndi azalaraq 12,7 %-dən 11,7 %-ə enib. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 3,6 % azalıb ki, bu da, ərzaq inflyasiyasının azalmasına təsir edib.
Hesabat dövründə qeyri-ərzaq və xidmətlər sektorunda illik inflyasiya müvafiq olaraq 10,6 % və 10 %-ə enib
Dünya Bankının məlumatına görə, Azərbaycanda mənzil qiymətləri bu ilin II rübündə illik 1,2 %, I yarımildə isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artıb.
Report