Bakıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb

Bakı şəhərində Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bu barədə APA-ya «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, mövcud yolun uzunluğu 9 km, eni isə 7 metrdir. İki hərəkət zolağından ibarət olan yolun genişləndirilərək 4 zolaqdan ibarət olması nəzərdə tutulub.

«Hazırda işlər sürətlə davam edir. Yolun yenidən qurulması işlərinin payızda başa çatdırılması planlaşdırılır», - deyə P.Mürsəliyev qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri