Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq


Dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlanmasında əsas icraçı qurum Dövlət Təhlükəsizliyi Xidmətidir.

Bundan əlavə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət İmtahan Mərkəzi (DİM), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Elm və Təhsil Nazirliyi (ETN), Müdafiə Nazirliyi (MN) 2024-cü ildə qurumlardan sahə üzrə kadr ehtiyacları haqqında məlumatların toplanması, kadr təminatı üçün planlı yanaşmanın tətbiqinin araşdırılması, ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatı ilə bağlı təkliflərin hazırlanmasının təşkilini təmin edəcəklər.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri