Ramiz Mehdiyev Mahmud Əhmədinejadla görüşüb

Ramiz Mehdiyev Mahmud Əhmədinejadla görüşüb İranda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran Prezidenti Mahmud Əhmədinejadla görüşüb. Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.

Görüşdə Əhmədinejad bildirib ki, heç bir qüvvə İran və Azərbaycan arasında qardaş əlaqələrə xələl yetirə bilməz.

"Bu gün Azərbaycan hökuməti və xalqı inkişaf yolu ilə gedir. İslam Respublikası bu inkişafı dəstəkləyir və hesab edir ki, bu, iki ölkənin və bütünlükdə regionun xalqlarının mənafeyinə uyğun gəlir", - o deyib.

Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan İranı özünün dostu hesab edir.

"Biz əməkdaşlığımızı inkişaf etdirməliyik və bunun üçün xeyli imkanlarımız var", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ramiz Mehdiyev və İran parlamentinin spikeri Əli Laricaninin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri