Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb


UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

LIVE.az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer 04” (Almaniya), “Molde” (Norveç) və “Hakken”ə (İsveç) rəqib olub.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

H qrupu: “Bayer 04” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Hakken” (İsveç).
Şərhlər
İdman bölməsinin xəbərləri