Azərbaycanın tanınmış aparıcı cütlüyü boşandıb
- 27.08.2013, 14:33,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
teleaparıcılar Azər İsmayılov və Vüsalə İsmayılova boşanıblar. Bu barədə Azər öz Facebook səhifəsində yazıb.
O bunu iki kəlmə ilə elan edib: "Mən boşandım".
Nəzərinizə çatdıraq ki, Azər və Vüsalə 2007-ci ildə ATV telekanalında tanış olublar. Təxminən 5 il öncə isə ailə həyatı qurublar. Sonra Xəzər TV-də çalışmağa başlayıblar, amma bir müddət sonra efiri tərk edən cütlük sadə həyata üstünlük verib.
Ötən ayların birində isə belə bir xəbər yayıldı ki, onlar yenidən efirdə birlikdə görünəcəklər.
Live.Az ans-ə istinadən xəbər verir ki, Azər İsmayılovun səhifəsində yazdığı statuslardan onların boşanmasına səbəbin Vüsaləyə xəyanət etməsi olduğu bəlli olur.
"Həyatda xoşbəxtlikdən başqa hər bir şeyə nail oldum. İnsan gərək xoşbəxtliyini ehtirasına qurban verməsin....
Mən körpə balamdan ayrılıram, çox üzgünəm... Həyatım, niyə belə oldu, bilmədim. Dərdim böyükdü..."
Onu da nəzərinizə çatdıraq ki, İsmayılovların Dilək adlı qızları var.