G20 bəyannaməsi bütün inkişaf və geosiyasət məsələləri üzrə tam konsensus əldə edib
- 09.09.2023, 20:25,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanın Yeni Dehli şəhərində keçirilən sammitin yekunları üzrə “Böyük iyirmilik” (G20) ölkələrinin liderləri tərəfindən qəbul edilmiş bəyannamə bütün inkişaf və geosiyasət məsələləri üzrə tam konsensus əldə edib.
Bu barədə “X” sosial şəbəkəsində Hindistanın G20-dəki şerpası Amitabh Kantv bildirib.
“Bu, G20-nin bütün inkişaf və geosiyasət məsələləri üzrə 100% konsensusla qəbul etdiyi tarixi və yenilikçi bəyannamədir”, - o qeyd edib.
Hindistan nümayəndəsinin sözlərinə görə, yeni geosiyasi şərait planetə, insanlara, müasir dünyada sülh və firavanlığa güclü çağırışdır.
A.Kantv qeyd edib ki, bəyannamədə həmçinin güclü, dayanıqlı, balanslaşdırılmış və inklüziv inkişafa, dayanıqlı gələcək üçün “yaşıl” inkişafa diqqət yetirilir.
Qeyd edək ki, G20 ölkələri həm də açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb.
Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər.
Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.
Report