Speyni və Sarsqaard 80-ci Venesiya Film Festivalında ən yaxşı aktyorlar mükafatına layiq görülüblər


Amerikalı aktrisa Keyli Speyni ən yaxşı qadın roluna görə Volpi kubokuna layiq görülüb.

Bunu amerikalı rejissor Demien Şazelin rəhbərlik etdiyi 80-ci Venesiya Film Festivalının beynəlxalq münsiflər heyəti elan edib.

Speyni rejissor Sofiya Koppolanın Elvis Preslinin həyat yoldaşı haqqında çəkdiyi "Pristsilla" filmdə oynayıb.

Amerikalı aktyor Piter Sarsqaard isə ən yaxşı kişi roluna görə Volpi kubokuna layiq görülüb. O, “Yaddaş” filmində meksikalı Mişel Frankonu canlandırıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri