Azərbaycanda 2024-2028-ci illər strategiyası üzrə rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb


“2024-2028-ci illər üçün rəqəmsal səhiyyə Milli Strategiyası”nda rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb.

Bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib.

"Biz bir sıra inkişaf etmiş ölkələrin rəqəmsal səhiyyə modellərinin öyrənilməsi və araşdırılması istiqamətində geniş monitorinqlər aparmışıq. Bir nəticə olaraq retransformasiya olmadan tətbiq ediləcək unikal model mövcud deyil. Bu, səhiyyənin spesifikliyi, qanunvericilik və idarəedici xüsusiyyətlər, tibb işçilərinin hazırlıq səviyyəsi, eləcə də rəqəmsallaşma və məlumatların qorunmasında milli tənzimləyicilərin tələbləri nəzərə alınmaqla vahid rəqəmsal mənzərəyə inteqrasiya edilməli olan rəqəmsallaşmanın mövcud vəziyyətidir. Buna görə də, beynəlxalq təcrübə, o cümlədən rəqəmsallaşma sahəsində yol verilmiş səhvlər nəzərə alınaraq, “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə Milli Strategiyası”nda rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb. Səhiyyə sektorunun sistemli rəqəmsallaşması bu sahədə problemlərin həllinə və faydaların maksimuma çatdırılması üçün texnoloji həllərin tətbiqinə, eyni zamanda bütün maraq tərəflərin tədricən cəlb edilməsinə yönəlmiş strateji bir yanaşmadır", - deyə müşavir qeyd edib.


Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri