Rusiyada Airbus A320 təyyarəsi torpaq yola eniş etməli olub


Rusiyada Soçidən Omsk istiqamətində hərəkət edən sərnişin təyyarəsi Novosibirsk vilayətinin Ubinskoye kəndində torpaq yola eniş etməli olub.

Live.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.

“İlkin məlumata görə, Ubinskoye kəndi ərazisində torpaq yola enib. Zərərçəkmiş yoxdur, məlumat dəqiqləşdirilir”, - mətbuat xidməti açıqlayıb.

Qeyd olunub ki, "Ural Hava Yolları"na məxsus hava gəmisinin göyərtəsində 156 sərnişin olub. Miniklərin hamısı təxliyə olunub.

“112” teleqram kanalının məlumatına görə, Novosibirsk yaxınlığındakı əkin sahəsinə qəza eniş edən sərnişin təyyarəsinin mühərriklərindən biri səmada yanıb. “Airbus” təyyarəsinin Novosibirsk vilayətində əkin sahəsinə təcili enişinin ilkin səbəbi hidravlik sistemin nasazlığıdır. Təyyarənin gövdəsi dağılmayıb, insanlar özbaşına hava gəmisini tərk edə biliblər.

Xatırladaq ki, sözügedən təyyarə daha öncə həyəcan təbili çalmışdı.
Şərhlər
Dünya bölməsinin xəbərləri