“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
- 16.09.2023, 16:16,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliy xəbər verir.
“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 19 faizinədək azalacağı proqnozlaşdırılsa da, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır.
Agentlik bildirib ki, neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə ikirəqəmli profisit gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 68 milyard ABŞ dollarına çatacaq. Bunun 82 faizi ARDNF-in payına düşəcək.
“Biz Azərbaycanın xalis suveren aktivlərinin 14 faiz artaraq 2023-cü ildə ÜDM-in 63 faizinə, 2025-ci ilə qədər isə 72 faizə çatacağını proqnozlaşdırırıq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”, - agentlik vurğulayıb.
Report