Meksika “Sinaloa” kartelinin liderini ABŞ-a ekstradisiya edib

 Meksikanın “Sinaloa” narkokartelinin keçmiş lideri, “El Çapo” ləqəbli Xoakin Quzmanın oğlu Ovidio Qusman Lopes ABŞ-a ekstradisiya edilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün ABŞ və Meksika hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində “Sinaloa” kartelinin lideri Ovidio Qusman Lopes ABŞ-a ekstradisiya olunub”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, yanvarın 6-da Meksika hakimiyyətinin nümayəndələri “Sinaloa” narkokartelinin liderini Mexiko ştatında yerləşən “Altiplano” yüksək rejimli həbsxanaya göndəriblər. Yanvarın 10-da isə Meksikanın Müdafiə Nazirliyi zorakılıqların artdığı Sinaloa ştatında təhlükəsizlik tədbirlərini artırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri