İlhamə Quliyeva Faiq Ağayevi ad gününə dəvət etməyib

İlhamə Quliyeva Faiq Ağayevi ad gününə dəvət etməyib Xalq artisti İlhamə Quliyeva doğum günü və yaradıcılığının 50 illiyi münasibətilə keçirilən mərasimə Faiq Ağayevi dəvət etməyib.


Bu barədə İlhamə Quliyevanın özü bildirib.


O deyib ki, ad günü tədbirinə dəvətlilər sırasında Faiq Ağayev olmayıb:


“Faiq Ağayev sayta verdiyi açıqlamada bildirib ki, ölkə kənarında olduğundan mənim ad günü mərasimimdə iştirak edə bilməyib. Bu, ağ yalandır. Əvvəla mən Faiq Ağayevi avqustun 17-də “Space” kanalında doğum günümə həsr edilən 4 saatlıq efirə dəvət etməmişəm. Həm həyatımın bu sevindirici məqamını, həm doğum günümü, həm də yaradıcılığımın 50 illik yubileyini restoranlardan birində mənə əziz və doğma olan insanlarla qeyd etdim. Həmin məclisdə sayılıb-seçilən millət vəkilləri, ziyalılar, professorlar, tanınmış sənətkarlar və sənətçilər iştirak edirdilər. Bu məclisə də Faiq Ağayevi dəvət etməmişəm. Bütün qonaqlar şəxsən mənim dəvətimlə təşrif buyurublar. Dəvət etdiyim qonaqlar, sağ olsunlar ki, məni tək buraxmadılar, bu gözəl günümdə yanımda oldular, sevincimə şərik oldular”.





milli.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri