Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 62 % artırıb
- 18.09.2023, 16:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 068,364 milyon ABŞ dolları dəyərində 65 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
LIVE.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62,4 % və 33,5 % çoxdur.
İlk 8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,1 dəfə azalaraq 81 ədəd (5,492 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 33,8 % artaraq 60 922 ədəd (964,582 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 9 640-sı (222,364 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 803-ü (74,136 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,4 %, ikincinin isə 6,8 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 40 % artaraq 4 483 ədəd (70,919 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,1 % artaraq 240 ədəd (27,371 milyon ABŞ dolları dəyərində) olub.