“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb
- 21.09.2023, 23:39,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.
Live.az-ın məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi qolsuz bitib.
İkinci hissədə ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib və Leandro Andrade hesabı açıb.
Bu qol matçın taleyini həll edib və “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.