Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb, Bakıya gətirilib
- 27.09.2023, 16:17,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə mediaya a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.