Macarıstanda tütün məmulatlarının satışına qadağa qoyulur
- 30.04.2013, 09:22,
- Maraqlı
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Macarıstan hökumətinin yeni qanun layihəsinə əsasən, iyul ayından etibarən bütün marketlərdə, ticarət mərkəzlərində, çay evlərində, əyləncə yerlərində və yanacaqdoldurma stansiyaları və digər ictimai yerlərdə tütün məmulatlarının satışına qadağa qoyulacaq.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, iki min nəfərin yaşadığı hər bölgədə sadəcə bir yerdə tütün məmulatlarının satışına icazə veriləcək.
Hakim partiyadan millət vəkili Zoltan Köszegi bu qanun layihəsi ilə ölkədə siqaretdən istifadə hallarını minimum səviyyəyədək azaltmağı və passiv istifadəçilərin qorunmasını hədəflədiklərini qeyd edib.
Müxalif partiya MSZP-dən millət vəkili Tibor Szani isə yeni qanun layihəsi ilə hökumətə yaxın iş adamlarının qazanc əldə etməsinin planlaşdırıldığını bildirib.
Bununla yanaşı, mübahisələrə səbəb olan yeni qanunun siqaret qaçaqmalçılığının artacağına təsir edəcəyi deyilir.