Alban-Udi dini icmasının sədri: "Azərbaycanda birgəyaşayış həyat tərzidir"


"Azərbaycanda birgəyaşayış həyat tərzidir".

Bunu Alban-Udi dini icmasının sədri Robert Mobili Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda birgəyaşayış modelinin tarixi çox qədimdir: “Tarixən fərqli dinlərin nümayəndələri Azərbaycanda çox rahat yaşayıb və yaradıb. Bu bizim həyat tərzimizdir. Hər zaman Azərbaycandan danışarkən xalqımızın tolerantlığından qürurla bəhs edirik”.

İcma sədri bildirib ki, 44 günlük Vətən müharibəsində də müxtəlif dini konfessiyaların nümayəndələri işğalçılara qarşı birgə mübarizə aparıblar: "Qloballaşan dünyada bir çox xalqlar assimilyasiyaya uğrayaraq əriyib gedirlər. Lakin Azərbaycanda çox fərqlidir. Dövlətimiz bütün icmalara diqqət və qayğı ilə yanaşır. Azərbaycan müxtəlif icmaların öz dinini, adət-ənənəsini qorumaq üçün dəstəyini əsirgəmir. Prezident İlham Əliyev də bütün çıxışlarında bildirir ki, birgəyaşayış Azərbaycanda hər zaman mövcud olub və bu bizim üçün böyük dəyərdir. Bəli, bütün bunlar Azərbaycan həqiqətləridir”.





Report
Şərhlər
Sosial bölməsinin xəbərləri