Kreml: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”
- 29.09.2023, 15:21,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan üçün vacibdir: “Moskva bu işin davam edəcəyinə ümid bəsləyir”.
D.Peskovun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlılarının işi bundan sonra Azərbaycanla müzakirə olunacaq.
Report