Araz Elsəs Bakıda solo konsertlə çıxış etdi
- 02.10.2023, 13:03,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 30-da Heydər Əliyev Sarayında dünyaca məşhur azərbaycanlı ozan Araz Elsəsin solo konserti baş tutdu.
Araz Elsəs bütün türk dünyasında sevilən və tanınan, Azərbaycanı və azərbaycan söz sənətini, musiqisini təbliğ edən sənətkardı. O, həmçinin Güney Azərbaycanın ən siyasi sənətçisidir, simvoludur.
"Uzun illər idi gözəl yurdumuzda, gözəl Bakımızda konsert vermək arzusunda idim. Mədəniyyət Nazirliyimizin təşkilatçılığı ilə bu konsert gerçəkləşdi. Hamımızı böyük Zəfərlə təbrik edirəm. Qarabağ Azərbaycandır! Allah şəhidlərmizi rəhmət eləsin”.
Araz Elsəs ümüd etdi ki, gün gələcək ,Güney Azərbaycan həsrətidə bitəcək. "Ötən səfərimdə Qarabağa getdim. Xudafərin körpüsünü görmək böyük arzum idi. O andakı hisslərimi ifa edə bilmirəm. Suya, qayaya, daşa toxundum. Gözəl duyğular yaşadım. Gözəl əsgərlərimizlə çay iç-içə Güneyə baxdıq. O anda düşündüm – gün gələcək Arazın Güneyində də oturub bir çay içəcəyik. O su içiləcək, o körpü keçiləcək".
“Sevgili yurdum” adlı konsertdə Araz Elsəs sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi təbliğ edən yeni əsərlərinidə təqdim etdi.Onun Vətən, yurd həsrətli, Bütöv Azərbaycan ideyalı mahnıları zalda böyük coşqu ilə qarşılanıb.