Yuval Harari: “Süni intellekt kosmosun daha yaxşı araşdırılmasına kömək edəcək”


Süni intellektin yardımı ilə kosmosu araşdırmaq və qalaktikanı koloniyalaşdırmaq daha asan olacaq.

Bunu israilli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, insan üçün kosmosun tam şəkildə tədqiqi hər zaman məhdud olub. O əlavə edib ki, buna səbəb insanların üzvi varlıqlar olması və Yer planetinin unikal şəraitinə uyğunlaşmasıdır: “Buna görə də, insanın və ya hər hansı digər üzvi varlığın kosmosda və ya başqa bir planetdə həyatını qorumaq çox çətindir. Amma süni intellektlə bağlı belə bir məhdudiyyət yoxdur”.

İsrailli tarixçi qeyd edib ki, süni intellektin inkişafı potensial olaraq bəşəriyyətə kömək edə bilər: “Süni intellekt təkcə bizə digər planetləri araşdırmağa yardım göstərməyəcək, həm də Yer planetinin ekosistemini qoruya, bizi daha yaxşı səhiyyə xidməti ilə təmin edə və həyat standartımızı gözləntilərimizdən daha yüksək səviyyəyə çatdıra bilər”.


Report
Şərhlər
Texnologiya bölməsinin xəbərləri