Almaniya XİN: “BMT missiyasının Qarabağa səfəri müsbət addımdır”

Almaniya Federal Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın BMT missiyasının ölkənin Qarabağ bölgəsinə səfərinə razılıq verməsini müsbət addım hesab edir.

Bu barədə Almaniya XİN “X” sosial şəbəkəsində məlumat verib.

“Yalnız şəffaflıq Azərbaycanın bu bölgədəki bütün sakinlərin və buraya qayıdanların hüquqlarını qorumaq vədinə inamı gücləndirə bilər”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gün BMT missiyasının Qarabağ bölgəsinə səfərindən sonra təşkilat müvafiq bəyanat yayıb.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri