Dövlət başçısı: "Azərbaycanın və Gürcüstanın icra etdiyi layihələr Avrasiya qitəsi üçün böyük məna daşıyır"


"Bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır".

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

“Biz buna hazırıq, bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var və ən əsası, əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır”, - dövlət başçısı vurğulayıb.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri