İsrail ordusu Qəzzada quru əməliyyatlarına başlayıb

İsrail ordusu Qəzzada quru əməliyyatlarına başlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hazırda əraziyə həm havadan, həm də qurudan zərbələr endirilir.


“İsrail tezliklə Qəzzada quru əməliyyatına başlayacaq”.

“Times of İsrail” xəbər verir ki, bunu israilin Müdafiə Ordusunun sözçüsü kontr-admiral Daniel Həqari deyib.

O bildirib ki, İsrail ordusu müharibənin növbəti mərhələsi üçün tam hazırdır: “Biz qüvvələr hazırlayırıq, planları nəzərdən keçiririk, bütün istiqamətlərdə tədbirlər görürük. Diqqətimizi Qəzzaya yönəltmişik. Buna baxmayaraq, bütün ölkəyə nəzarət edirik. Bu, bizə bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə imkan verir”.

D.Həqarinin sözlərinə görə, yüz minlərlə fələstinli mülki şəxs İsrail ordusunun xəbərdarlığına qulaq asaraq, artıq Qəzzanın şimalından cənuba təxliyə olunub: “Amma hələ də ərazidə xeyli mülki insan var. Təxliyə xəbərdarlığına əməl etməyənlər özlərini və ailələrini təhlükə altında qoyurlar. Biz boşaldılan ərazilərə böyük güclə hücuma keçəcəyik”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri